Bank Of Baku

Azərbaycan ərazisində yağış yağacaq

Azərbaycan ərazisində yağış yağacaq
# 25 avqust 2010 09:22 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, cənub-şərq küləyi əsəcək, gündüz 30-32, axşam 24-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq.

Avqustun 26-da hava, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Gecə 21-24, gündüz 30-33, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaq.

Avqustun 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal-qərb küləyi əsəcək. Gecə 21-24, gündüz 29-31 dərəcə isti olacaq.

Avqustun 28-də hava, əsasən yağmursuz keçəcək, lakin avqustun 27-dən 28-ə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Şimal küləyi əsəcək. Gecə 20-24, gündüz 30-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 26-da hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Gecə 20-24, gündüz 30-34, dağlarda gecə 11-14, gündüz 21-26 dərəcə isti olacaq.

Avqustun 27-28-də gün ərzində hava, əsasən yağmursuz keçəcək. Lakin avqustun 27-də gecə və axşam, 28-ə keçən gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 19-24, gündüz 28-33, dağlarda gecə 11-14, gündüz 20-25 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR