Bank Of Baku

Azərbaycan gəncləri Çexiyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Azərbaycan gəncləri Çexiyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
# 25 avqust 2010 09:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın bir neçə gənci Çexiyanın paytaxtı Praqa şəhərində keçiriləcək “Avropada mədəni müxtəlifliklər” adlı beynəlxalq tədbirdə iştirak edəcək. APA-nın məlumatına görə, bu tədbirə qatılacaq gənclərdən ibarət nümayəndə heyətində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) 5 üzvü, o cümlədən təşkilatın rəhbəri Gülsel Səfərova və İdarə Heyətinin sədri Nərgiz Eyvazova da təmsil olunur. Avqustun 26-dan sentyabrın 4-nə qədər davam edəcək tədbirdə Azərbaycanla yanaşı, Çexiya, Latviya, Estoniya, Belçika, Rusiya, Ukrayna və Ermənistandan nümayəndələrin iştirakı da gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR