Bank Of Baku

Azərbaycanda sürücülərin hazırlanması və ixtisaslarının artırılması ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib

Azərbaycanda sürücülərin hazırlanması və ixtisaslarının artırılması ilə bağlı bəzi qərarlara əlavə və dəyişikliklər edilib
# 25 avqust 2010 11:29 (UTC +04:00)
«Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə»də edilmiş dəyişikliyə əsasən, "C" və "D" kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə sürücülərin hazırlanması üçün kurslarda təhsil müddəti 3,5 aya qədər, "A" və "B" kateqoriyalı nəqliyyat vasitələrini, tramvay və trolleybusu idarə etməyə 2,5 aya qədər, A1 kateqoriyalı nəqliyyat vasitələrini idarə etməyə isə 1,5 aya qədərdir. Tədris müəssisələrində isə tədris planlarına, proqramlarına və təhsil müddətinə uyğun aparılmalıdır.

Dəyişikliyə əsasən, "B", "C", "D", "BE", "CE" və "DE" kateqoriyalı avtomobil nəqliyyatı vasitələri sürücülərinin ixtisasının artırılması kursları üçün təhsil müddəti 1,5 ay müəyyən olunub. "C" kateqoriyalı avtomobil sürücülərinin ixtisasının artırılması, "B" kateqoriyalı nəqliyyatı vasitələrini idarə etmək hüququ olan sürücülərdən təşkil olunmuş kurslarda həyata keçirilir. "BE" kateqoriyası "B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı 1 il idarəetmə təcrübəsinə malik olan şəxslərin, "CE" və ya "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini müvafiq olaraq "C" və ya "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini ən azı 3 il idarəetmə təcrübəsinə malik olan şəxslərin ixtisasının artırılması sonuncu 2 il ərzində insanlara xəsarət yetirilməsi və ya onların ölümü ilə nəticələnmiş yol nəqliyyat hadisəsi törətməyən, habelə nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməyə görə sürücülük hüququndan məhrum olunmayan sürücülərdən təşkil olunmuş kurslarda keçirilməlidir.

Dəyişikliyə görə, kurslara qəbul olunan dinləyicilərin yaş həddi nəqliyyat vasitəsi kateqoriyasından asılı olaraq "A1" kateqoriyası üzrə 16 yaşdan, "A", "B" və "C" kateqoriyası üzrə 18 yaşdan, "BE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 19 yaşdan, tramvayları, trolleybusları, "CE" və "D" kateqoriyaları üzrə 21 yaşdan, "DE" kateqoriyası üzrə 24 yaşdan müəyyən olunub.

Qeyd edək ki, "A1" - mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dan çox olmayan motosikletləri idarə etmək üçün, "A" - bütün növ motosikletləri idarə etmək üçün, "B" - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçündür.

Əlavə və dəyişikliklərdə Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ ilə bağlı məsələlər də qeyd olunub. Belə ki, ölkə yollarından velosipedi və ya arabanı idarəetmə hüququ 14 yaşdan, asma mühərrikli velosipedi, mopedi və "A1" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 16 yaşdan, "A", "B" və "C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan, "BE" üzrə 19 yaşdan, tramvayları, trolleybusları, "CE" və "D" üzrə 21 yaşdan, "DE" - kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ 24 yaşdan olmaqla təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR