Bank Of Baku

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb

Vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən müsabiqə başa çatıb
# 25 avqust 2010 11:30 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən növbəti müsabiqə başa çatıb. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən bildirilib. Məlumata görə, 42 dövlət orqanında inzibati vəzifələrin altıncı – doqquzuncu təsnifatlarına uyğun olan 771 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2010-cu il 9 mart tarixədək davam edib. Müsabiqənin test imtahanı mərhələsi 2010-cu il 30 aprel – 5 iyul tarixlərdə Komissiyasının “Test imtahanı mərkəzində” keçirilib.
Müsabiqədə iştirak etmək üçün Komissiyada 4111 (966-sı qadın, 3145-i kişi) namizəd qeydə alınıb. Onlardan 324-ü qadın, 1010-u kişi olmaqla 1334 nəfəri (bütün namizədlərin 32,45%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin test imtahanı mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla başa vuran namizədlərdən
340 nəfəri (92 qadın, 248 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 414 nəfəri (76 qadın, 338 kişi) - 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. 580 nəfəri (156 qadın, 424 kişi) - 6 və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8 və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Namizədlərdən 608 nəfəri test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsini uğurla keçən namizədlər üçün müsabiqənin müsahibə mərhələsi 2010-cu il 25 may tarixdə başlamış, 2010-cu il 24 avqust tarixdə başa çatıb. 1334 namizəddən 395-i (97 qadın, 298 kişi) bu mərhələni uğurla başa vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR