Bank Of Baku

Azərbaycanın səhiyyə naziri daşqın rayonlarında nəzarəti gücləndirmək barədə tapşırıq verib

Azərbaycanın səhiyyə naziri daşqın rayonlarında nəzarəti gücləndirmək barədə tapşırıq verib
# 25 avqust 2010 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Sel basmış və qrunt sularının qalxması nəticəsində su altında qalmış ərazilərdə Səhiyyə Nazirliyi tərəfindən lazımı işlərin aparılması davam etdirilir. Bu barədə APA-ya Səhiyyə Nazirliyi (SN) Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev deyib. Onun sözlərinə görə, su basan ərazilərdə bu işlərin davam etdirilməsi, qidalanma, təchizat, əhalinin sanitariya vəziyyəti üzərində nəzarətin gücləndirilməsi ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevin yeni yazılı tapşırığı var. Nazirlik su basan rayonların baş dövlət sanitar həkimlərinə lazım olan hallarda əlavə dezinfeksiya və dezinseksiya işlərinin aparılmasını təmin etməyi də tapşırıb.

V. Abdullayev hazırda subasan ərazilərdə nəzarət tədbirlərinin davam etdirildiyini söyləyib. O qeyd edib ki, indiyədək dezinfeksiya və dezinseksiya işlərinin aparılması tələb olunan bütün ərazilərdə SN tərəfindən bu işlər həyata keçirilib: “Ehtiyac olan ərazilərdə bu tədbirlər yenidən aparılır. Su basan ərazilərdə dezinfeksiya və dezinseksiya işləri həmin sahələrdə sanitariya vəziyyəti tam sabitləşənədək aparılacaq. Hazırda isə həmin ərazilərin sanitar durumu sabitdir. Burada heç bir xəstələnmə halı qeydə alınmır. Bu günə qədər də əhali arasında hər hansı yoluxucu xəstəlik baş verməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR