Bank Of Baku

Sabunçu rayonu Xəzər sahili ərazilərdə reyd keçirilib

Sabunçu rayonu Xəzər sahili ərazilərdə reyd keçirilib
# 26 avqust 2010 06:59 (UTC +04:00)
Bakı – APA. Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları tərəfindən Sabunçu rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, reyd zamanı Sabunçu rayonu Xəzər sahili ərazilərdə fəaliyyət göstərən iaşə obyektlərində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçıları olan on bir nəfərin hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR