Bank Of Baku

Seulda Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil olunacaq

Seulda Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil olunacaq
# 26 avqust 2010 10:52 (UTC +04:00)
Bakı-APA. Avropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı noyabrın 9-15-də Seul şəhərində Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil edəcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, plenar iclaslar, işçi qrupları, debat və təlim sessiyalarından ibarət olacaq təlim kursunda Asiya və Avropa ölkələrindən olan 30 gənc iştirak edəcək. Müzakirə ediləcək əsas mövzular sosial mühit və İnsan hüquqları arasında əlaqə və mövcud durum, qeyri-formal təhsilin sosial mühitə və insan hüquqlarına verdiyi töhfələr, bu sahədə gənclər işi və gənclər təşkilatları tərəfindən həyata keçirilmiş konkret fəaliyyətlər, ictimai və özəl sektorun rolu və sosial mühit hüquqları üzrə lazımi tədbirlərdir.
Yol xərcləri Asiya-Avropa Fondu və Avropa Şurası tərəfindən qarşılanacaq. Avropadan olan gənclər üçün maksimum 750 avro, Asiyadan olan gənclər üçün 500 avro nəzərdə tutulub. Təlimdə iştirak etmək üçün http://youthapplications.coe.int elektron ünvanında
təqdim edilən ərizə formasını doldurmaq lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR