Bank Of Baku

ETSN mütəxəssisləri Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil ediblər

ETSN mütəxəssisləri Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil ediblər
# 26 avqust 2010 11:35 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun bir qrup mütəxəssisi Böyük Qafqaz dağlarının şimal-şərq yamacında yerləşən və dünyanın ən yüksək hidrometeoroloji elmi mərkəzlərindən biri olan Şahdağ Yüksək Dağlıq Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinə ekspedisiya təşkil ediblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ekspedisiya dövründə mərkəzin əməkdaşlarına müasir cihazlarla işləmək prinsipi və təlimatlara uyğun meteoroloji, hidroloji, qlyasioloji müşahidələrin aparılması üçün metodiki yardım göstərilib. Ekspedisiya üzvləri yüksək dağlıq ərazilərin iqlim-hava şəraiti üzərində müşahidələrin təşkili və aparılmasını, iqlimin dəyişmə dinamikasını, iqlim-hava şəraitini öyrəniblər.
Mütəxəssislər eyni zamanda, yüksək dağlıq ərazilərdə qar-buz örtüyü üzərində hidroloji, qlyasioloji, meteoroloji müşahidələrin aparılma metodikası və müşahidə nəticələrinin işlənilməsinə dair lazımi təlimatların verilməsini, müasir iqlim dəyişmələri fonunda qar-buz örtüyünün dəyişmə dinamikasını tədqiq ediblər. Ekspedisiya zamanı həmçinin, ərazi çaylarında axının formalaşması, rejim xüsusiyyətlərinin öyrənilməsi, çay-su ehtiyatlarının və çayların qidalanmasında buzlaqların rolunun qiymətləndirilməsi üzərində tədqiqat işləri apararaq lazımi elmi nəticələr əldə olunub. Əldə olunan hidrometeoroloji məlumatlardan Hidrometeorologiya Elmi Tədqiqat İnstitutunun elmi işlərində istifadə olunacaq və analoji ekspedisiyalar İnstitutunun mütəxəssisləri tərəfindən gələcəkdə də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR