7-ci mikrorayon ərazisindəki qəbiristanlığın köçürülməsinə rəsmi şəxslər münasibət bildirib
T. Əhmədov bildirib ki, qəbiristanlıq ötən əsrin 90-cı illərinin əvvəllərində salınarkən metronun yeni stansiyalarının layihələri mövcud olub: “Oradakı qəbirlərin hamısının köçürülməsini mən tələb etmişəm və köçürmə aparılır. Orada artıq tunel tikilib. Layihədə hər hansı dəyişiklik aparmaq olmaz. Bu, avtobus parkı deyil ki, başqa yerə köçürəsən. Bu əvvəlcədən planlaşdırılıb, 1981-ci ildə layihə verilib”. Metropoliten rəisi vurğulayıb ki, layihə üzrə metronun tunelinin və deponun ərazisinə düşən evlər də söküləcək: “Qanunsuz olduğundan onlara kompensasiyanın verilməsi nəzərdə tutulmur. Orada məskunlaşmış məcburi köçkün ailələri isə evlə təmin ediləcək”.
Binəqədi rayon icra başçısının I müavini Füzuli Aslanov APA-ya açıqlamasında bildirib ki, 1986-cı il oktyabrın 1-də Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həmin ərazi - 16,9 hektar yer Bakı Metropoliteninə metro tikintisi üçün ayrılıb: “Metropolitenin rəisi Tağı Əhmədov da gələcəkdə metro tikintisinin aparılacağını nəzərə alaraq, həmin ərazidə qanunsuz tikintilərin aparılması və qəbiristanlığın salınmasının dayandırılması barədə xəbərdarlıq edib. Həmin ərazidə hələ sovet dövründə metro üçün tunellər tikilib. Depo ərazisi isə sovetlər birliyi dağıldıqdan sonra başlı-başına qalıb, kim nə istəyibsə, onu da edib. Kimi qəbir salıb, kimi də qanunsuz fərdi yaşayış evi tikib. Hazırda deponun tikintisi ilə bağlı işlər torpağın üst hissəsində aparılmalıdır”.
F. Aslanov deyib ki, metro tikintisi üçün ayrılan sahədə tikilən evlərin heç birinin sənədi yoxdur, hamısı qanunsuzdur: “1986-cı ildən sonra vəzifədə olan rayon rəhbərliyi şərait yaradıb, camaat da bu evləri tikib”. 2005-ci ildən həmin ərazidə qanunsuz tikililərin aparılmasını dayandırdıqlarını deyən F. Aslanov həmin vaxtdan indiyədək sakinlərə dəfələrlə xəbərdarlıq edildiyini söyləyib. Müavinin sözlərinə görə, ötən il onun rəhbərliyi ilə icra hakimiyyəti və metropolitenin nümayəndələri hər bir sakinə rəsmi qaydada qəbiristanlıqda dəfn aparılmaması və evlərin tikilməsinin birdəfəlik dayandırılması barədə xəbərdarlıq edib. Bundan sonra fərdi yaşayış evlərinin tikintisi dayandırılsa da, dəfn dayandırılmayıb.
F. Aslanov deyib ki, ərazidən 250 məzar köçürülməlidir. Bunun üçün dövlət tərəfindən maliyyə vəsaiti və Sulutəpə qəsəbəsində 2 hektar yer ayrılıb. Artıq dünən bir qrup sakin ayrılmış yeni sahəyə baxaraq məzarların köçürülməsinə razılıq verib. Dünəndən sakinlərin, Səhiyyə Nazirliyinin nümayəndəsinin və qəsəbə axundunun iştirakı ilə məzarlar köçürülür. Səhiyyə Nazirliyi məzarlar köçürüldükdən sonra orada dezinfeksiya işləri aparır. F. Aslanov evlərindən köçürüləcək sakinlərin digər yerlərdə mənzillə təminatı barədə isə konkret fikir söyləyə bilməyəcəyini deyib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov da APA-ya bildirib ki, ərazidəki sakinlər köçürüləcək. Lakin onların haraya və necə köçürüləcəyi hələ məlum deyil. Hazırda bununla bağlı hökumətdə müzakirələr aparılır. Məsələ ilə bağlı yaxın günlərdə qərar qəbul ediləcəyi gözlənilir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev isə baş nazir Artur Rasizadəyə müraciət edərək, qəbiristanlıqdan məzarların köçürülməsinin yolverilməz olduğunu bildirib. Q. Həsənquliyev baş nazirdən bunun qarşısının alınması üçün müvafiq göstəriş verməsini xahiş edib.
Sosial
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Xəbər Lenti
Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayışda 6 nəfər ölüb, 22 nəfər yaralanıb - YENİLƏNİB-2
Ukraynada daha bir azərbaycanlı həyatını itirib
Ursula Fon der Lyayen Azərbaycana və Ermənistana səfəri ilə bağlı videoçarx paylaşıb
Nəsimi rayonunda “Polis Günü”qeyd olunub
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Qazaxda çayda batan yeniyetməni xilas etmək mümkün olmayıb - YENİLƏNİB2
Belarus vətəndaşlarını Rusiyanın sərhədyanı bölgələrinə səfərdən çəkinməyə çağırıb
Polşada iki il ərzində anti-Ukrayna aksiyaları təşkil edən Rusiya agentləri ifşa olunub
Xameneinin dəfnində Azərbaycandan Sahibə Qafarova, Şahin Mustafayev və digər rəsmilər iştirak edəcək
Paşinyan Koçaryandan danışıb: Hamısı həbs olunacaq
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
Ağdamda Xocalı şəhidi Məzahir Əbilovdan bəhs edən sənədli film nümayiş etdirilib - FOTO
Zelenski: Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq
Ermənistan Naxçıvana və Türkiyəyə gedən dəmir yolu xətlərini bərpa edəcək
İranın Ali Rəhbərinin nümayəndəsi: Müctəba Xamenei atasının dəfnində iştirak etməyəcək
Ermənistan dəmir yoluna dair müqaviləni Rusiya ilə birtərəfli qaydada ləğv etməyəcək
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1400-ü keçib
Paşinyan: Azərbaycan sərhədindən Türkiyəyədək magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb
Səhiyyə Nazirliyinin sabiq idarə rəisi yarım milyonluq mənimsəmədə ittiham olunur
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
Türkiyə və Azərbaycan elektrik enerjisinin ötürülməsi imkanlarını nəzərdən keçirib
Azərbaycan və Türkiyə HHQ komandanları hərbi aviasiya sahəsində əməkdaşlığı müzakirə edib
Paşinyan: Aİ Ermənistandan ixrac olunan bir sıra məhsullar üçün rüsumsuz rejim tətbiq edib
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 20-yə çatıb - FOTO - YENİLƏNİB-4
Namizəd Səfərovun cinayət işi üzrə məhkəmədə ittiham aktı elan olunub
Tramp: ABŞ NATO-ya hamıdan çox pul xərcləyir, amma heç bir fayda əldə etmir
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
Arzu Nağıyev: Azərbaycan polisi dövlətçiliyimizin etibarlı dayağı, vətəndaş təhlükəsizliyinin əsas təminatçısıdır
Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
İran Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə xəbərdarlıq edib
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam edib
Gəncədə 2 avtomobil toqquşub, xəsarət alanlar var
Kamran Əliyev Balakəndə vətəndaşları qəbul edəcək
"Al Arabiya": ABŞ və İran arasında dolayı danışıqların növbəti raundu 18 iyulda keçiriləcək
DİM-dən xəbərdarlıq: Bir nəfər başqasının yerinə qabiliyyət imtahanı verməyə cəhd edib
BTC boru kəmərinin operatorluğu SOCAR-a təhvil verilib
Azərbaycan və Türkiyə Milli Müdafiə Universitetlərinin rəhbər heyəti görüşüb
Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub
Moskva vilayətində dron təhlükəsi elan edilib
Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb
Tailandda 11 yaşlı oğlan atasının avtomobili ilə buddist rahibləri vurub: 8 nəfər ölüb, 18 yaralı var
“RehaPoint” Məntəqəsində əlilliyi olan 4 min şəxsə reabilitasiya xidmətləri göstərilib
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib