Bank Of Baku

Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib

Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib
# 27 avqust 2010 07:35 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən Binəqədi rayonu Xəzər sahili ərazilərdə bərk məişət tullantılarının qanuna müvafiq qaydada idarə olunması vəziyyətini yoxlamaq məqsədilə reyd keçirilib.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayonu Novxanı çimərliyində bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə “Abşeron” istirahət mərkəzinin iş icraçısı Ş. Umudov, “Vüsal” iaşə obyektinin iş icraçısı S. Allahverdiyev və “Barbados” iaşə obyektinin iş icraçısı İ.Əzimov hər biri fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunublar.
Binəqədi rayonu Goradil çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı T. Abdullayev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə edilib.
Binəqədi rayonu Fatmayı çimərliyində olan iaşə obyektində formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunmamasına görə iş icraçısı F.Quliyev fiziki şəxs qismində inzibati qaydada 500 manat məbləğində cərimə olunub.
Binəqədi rayonu Xəzər sahili ərazidə fəaliyyət göstərən digər iaşə obyektində isə formalaşan bərk məişət tullantılarının müvafiq qaydada idarə olunması üçün verilmiş “məcburi göstəriş”in icra edilmədiyinə görə iş icraçısı fiziki şəxs qismində inzibati qaydada 600 manat məbləğində cərimələnib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR