Bank Of Baku

Azərbaycan Səhiyyə Nazirliyi Bakıdakı apteklərdə yoxlamalar aparır

Azərbaycan Səhiyyə Nazirliyi Bakıdakı apteklərdə yoxlamalar aparır
# 27 avqust 2010 10:37 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyası apteklərdə yoxlamalar aparmağa başlayıb. İnspeksiyadan APA-ya verilən məlumata görə, hazırda yoxlamalar Bakı şəhərindəki aptekləri əhatə edir. Yoxlama zamanı fəaliyyətində lisenziya müddətinin bitdiyi aşkarlanan apteklərin fəaliyyəti dayandırılacaq. Fəaliyyətində nöqsanlar aşkarlanan apteklərə qarşı isə İnzibati Xətalar Məcəlləsi əsasında cərimələr tətbiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR