Bank Of Baku

“Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib

“Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib
# 27 avqust 2010 10:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri şəhid Milli Qəhrəman Mübariz İbrahimovun ailəsinə baş çəkib. Bu barədə APA-ya “Dağlıq Qarabağın azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, millət vəkili Həvva Məmmədova məlumat verib. H. Məmmədova bildirib ki, görüşdə təşkilatın sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov da iştirak edib. Nümayəndə heyəti Milli Qəhrəmanın atası Ağakərim İbrahimova övladını millət üçün Vətəni üçün böyütdüyünü deyib. M. İbrahimovun keçdiyi döyüş yolu barədə icma üzvləri məlumatlandırılıb.

İcmanın rəhbəri B. Səfərov isə bildirib ki, Dağlıq Qarabağ azad olunduqdan sonra, hazırda işğal altında olan ərazilərdə M. İbrahimovun adına guşələr yaradılacaq, onun adı əbədiləşdiriləcək.

H. Məmmədova icmanın bu ailəyə tez-tez baş çəkəcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR