Bank Of Baku

AVCİYA seçki monitorinqlərinin birinci və ikinci mərhələsini başa vurub

AVCİYA seçki monitorinqlərinin birinci və ikinci mərhələsini başa vurub
# 27 avqust 2010 10:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) parlament seçkilərində keçirəcəyi monitorinqlərlə bağlı mətbuat konfransı təşkil edib. APA-nın xəbərinə görə, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov assosiasiyanın 2004-cü ildən Azərbaycanda keçirilən bütün seçkilərin monitorinqini apardığını xatırladıb: “Qarşıdan gələn seçkilər də istisna deyil. Biz qarşıdan gələn parlament seçkiləri ilə bağlı monitorinqlərin birinci və ikinci mərhələsini başa vurmuşuq”.

AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə Azərbaycanda seçki ilə əlaqədar ilk dəfə “exit-poll” tədqiqatlarının AVCİYA tərəfindən həyata keçirildiyini bildirib: “Biz seçki zamanı əsasən seçicilərin fəallığı və qanun pozuntuları ilə maraqlanacağıq. Bunun nəticəsində monitorinqlərimizin nəticələrini elan edəcəyik”.

M. Zülfüqarlı AVCİYA tərəfindən bu günə qədər seçkilərə aid bir sıra metodik vəsait və 14 kitabçanın nəşr edildiyini, bu il isə 3 min tirajla “2010-cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” çap olunaraq regionlarda paylandığını söyləyib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus və Moldovada keçirilən seçkilərdə müşahidəçi qismində iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR