Bank Of Baku

Göyçayda əmək yarmarkası keçirilib

Göyçayda əmək yarmarkası keçirilib
# 27 avqust 2010 10:58 (UTC +04:00)
Göyçay. Şahnəzər Bəşirov - APA. Göyçay rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə əmək yarmarkası keçirilib.

APA-nın Şirvan bürosunun məlumatına görə, avqustun 27-də təşkil edilən yarmarkada iştirak edən vətəndaşlara 20 idarə, müəssisə və təşkilat tərəfindən 132 boş iş yeri təqdim olunub.

Boş iş yerlərinə görə 100-300 manat məbləğində əmək haqqı təklif edilib. Yarmarkada iştirak edən 255 nəfərdən 51-i öz istəyinə və ixtisasına uyğun olaraq işə göndəriş alıb. Əsasən gənclərin iştirak etdiyi yarmarkada 62 nəfər isə kompüter istifadəçisi, sahibkarlığın əsasları, ingilis dili və traktorçu-maşinist ixtisasları üzrə peşə hazırlığı kurslarına göndərilib.

Qeyd edək ki, bu ilin 7 ayı ərzində Göyçay rayon Məşğulluq Mərkəzi tərəfindən 161 nəfər münasib işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR