Bank Of Baku

Tokio Universitetinin mütəxəssisləri Tovuz rayonunda yerləşən “Göytəpə” neolit yaşayış məskənində arxeoloji qazıntılar aparırlar

Tokio Universitetinin mütəxəssisləri Tovuz rayonunda yerləşən “Göytəpə” neolit yaşayış məskənində arxeoloji qazıntılar aparırlar
# 27 avqust 2010 11:55 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov-APA. Tovuz rayonunda yerləşən “Göytəpə” neolit yaşayış məskəni Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri ilə birlikdə beynəlxalq standartlara uyğun arxeoloji qazıntılar aparılır. Burada aparılan tədqiqatlar nəticəsində Azərbaycanın ən qədim dövrü ilə bağlı çox ciddi elmi məlumatlar əldə edilib. Bu barədə APA-nın Qərb bürosuna məlumat verən Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Fərhad Quliyev burada aparılan arxeoloji tədqiqatların Azərbaycan ilkin sivilizasiya məskənlərindən biri olduğunu təsdiqlədiyini deyib: “Burada tapılmış arxeoloji materiallar neolit dövrünün xüsusiyyətlərini özündə əks etdirir. Ən vacib amillərdən biri odur ki, aşkar olunmuş materialların bəzi xüsusiyyətləri daha qədim dövrləri özündə əks etdirir və materialların təhlili daha geniş aspektə aparılır. Artıq bizim aşkar etdiyimiz arxeoloji materiallar və tikili qalıqları neolit dövründə Azərbaycanda güclü inkişafın olduğunu göstərir”.

Fərhad Quliyev bildirib ki, hazırda dünya arxeoloqları arasında ən aktual məsələ Şərq və Qafqaz əlaqələrini dərindən öyrənməkdir: “Arxeoloji qazıntılar nəticəsində tapılmış “Göytəpə” neolit yaşayış məskəni bu əlaqələri özündə əks etdirən çox nümunəvi və parlaq bir arxeoloji abidədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR