Bank Of Baku

İranda heyvanlar üçün məhsulların reklamı qadağan edilib

İranda heyvanlar üçün məhsulların reklamı qadağan edilib
# 27 avqust 2010 13:26 (UTC +04:00)
Bakı - APA-Economics. İran hakimiyyət orqanları heyvanlar üçün istənilən məhsulun reklamını qadağan edib.

APA-Economics”in “The Daily Telegraph”a istinadən xəbərinə görə, böyük ayətullah Nasir Məhərrəm Şirazi məsələ ilə bağlı fitva verib. Fitvada qeyd olunur ki, İslam ənənələrinə əsasən, itlər natəmiz heyvan hesab olunur.

Xatırladaq ki, son vaxtlar İranda itlərin ev heyvanı kimi saxlanılması adəti geniş yayılmağa başlayıb. sözügedən ftvanın sahibi olan böyük ayətullah hələ iyun ayında bildirib ki, it sahibləri Qərbi kor-koranə təqlid edirlər və onların öz heyvanlarına bağlılığı şeytani nəticələrə gətirib çıxara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR