Bank Of Baku

Azərbaycanın səhiyyə naziri: “Sertifikasiya prosesi nəticəsində əhali həkim savadsızlığının qurbanı olmayacaq”

Azərbaycanın səhiyyə naziri: “Sertifikasiya prosesi nəticəsində əhali həkim savadsızlığının qurbanı olmayacaq”
# 21 fevral 2011 13:37 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimi giriş sözü ilə acan səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, ölkə başçısının qərarından irəli gələn sertifikasiya prosesinə başlamaq çətin və məsuliyyətli proses olsa da, bu prosesin şəffaflığı heç kimdə şübhə doğurmur: “İmtahanların şəffaf keçirilməsi üçün əlimizdən gələni əsirgəmədik və həkimlər də şükürlər olsun ki, bu etimadı doğruldurlar”.

Nazir bu prosesin gələcəkdə də uğurla həyata keçiriləcəyinə əmin olduğunu qeyd edib. O. Şirəliyev sertifikasiya prosesinin ən yaxşı halı kimi bunu qeyd edib ki, bu proses nəticəsində əhali həkim savadsızlığının qurbanı olmayacaq.

Tədbirin sonunda n yüksək bal (100%) toplamış həkim-mütəxəssisə ilk sertifikat şəxsən Oqtay Şirəliyev tərəfindən təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR