Bank Of Baku

Mahmud Kərimov: “UNESCO tövsiyələrini verəndən və qanun qəbul ediləndən sonra alimlərin attestasiyasına başlamaq olar”

Mahmud Kərimov: “UNESCO tövsiyələrini verəndən və qanun qəbul ediləndən sonra alimlərin attestasiyasına başlamaq olar”
# 23 fevral 2011 11:19 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Alimlərin attestasiyasının keçirilməsi üçün ilk əvvəl “Elm haqqında” qanun qəbul olunmalıdır”. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov bildirib. O deyib ki, Azərbaycan Milli Məclisinin yaz sessiyasında “Elm haqqında” qanunun müzakirəyə çıxarılacağı gözlənilir: “Hələlik UNESCO ekspertlərinin Azərbaycanda elmin strukturunun təkmilləşdirilməsi ilə bağlı işi də tamamlanmayıb. Onlar öz işlərini tamamlayıb, tövsiyələrini verəndən və qanun qəbul ediləndən sonra alimlərin attestasiyasına başlamaq olar. Hələlik AMEA-da alimlərin attestasiyasının keçirilməsi planlaşdırılmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR