Bank Of Baku

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri AMEA Şərqşünaslıq İnstitutunda olub

Çin Xalq Respublikasının Azərbaycandakı səfiri AMEA Şərqşünaslıq İnstitutunda olub
# 23 fevral 2011 12:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Çjan Yannian Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunda olub. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva institutda yeni yaradılan “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsi ilə bağlı qonağa məlumat verib. Bu şöbənin AMEA Rəyasət Heyətində yaxın günlərdə təsdiq olunacağını söyləyən G. Baxşəliyeva deyib ki, “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsində ilk növbədə dünyanın ən çox əhaliyə malik ölkəsi Çinlə bağlı tədqiqatlar, eləcə də bölgənin digər ölkələri ilə bağlı elmi araşdırmalar aparılacaq.
Səfir Çjan Yannian “Mərkəzi Asiya və Uzaq Şərq ölkələri” şöbəsinin işinə uğurlar arzulayıb. O, şöbənin fəaliyyətinə köməklik edəcəyini, institut əməkdaşlarının Çinə kurslara göndərilməsini təşkil etməyə hazır olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR