Bank Of Baku

Dövlət İncəsənət Muzeyi Dövlət Sərhəd Xidmətində “Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil edəcək

Dövlət İncəsənət Muzeyi Dövlət Sərhəd Xidmətində “Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil edəcək
# 23 fevral 2011 13:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi fevralın 24-də Dövlət Sərhəd Xidmətində bu mövzuda müasir rəssamların əsərlərindən ibarət “Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 25-də isə həmin sərgi Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsində tarixçi alimlərin mühazirəsi və musiqili-ədəbi kompozisiya ilə müşayiət olunacaq. Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli, Prezident Aparatı yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi, Xocalı faciəsi haqqında “Xocalı: şəhidlər və şahidlər”, “Xocalı soyqırımı”, “Qarabağ Cümhuriyyət dövründə” kitablarının müəllifi, həmçinin Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvü, Xocalı sakini Həvva Məmmədova tarixi faktlara istinad edərək həmin hadisələrin mahiyyətini açıqlayacaq. “Sonsuz erməni vandalizminin iç üzü” kitabının müəllifi, Qarabağ uğrunda döyüşlərin iştirakçısı, ehtiyatda olan zabit Məhərrəm Zamanlı və xocalılar həmin müdhiş gecənin əsl soyqırımı olmasından, şahidi olduqları hadisələrdən bəhs edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR