Bank Of Baku

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərin seçimində üstünlük veriləcək ixtisasların adları açıqlanıb

Dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərin seçimində üstünlük veriləcək ixtisasların adları açıqlanıb
# 23 fevral 2011 13:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlər üçün prioritet ixtisasların adlarını açıqlayıb. Nazirlikdən APA-ya bildirilib ki, 2010-2011-ci tədris ilindən etibarən bu proqram çərçivəsində təhsil almaq istəyənlərin seçim prosesində 10 ixtisas üzrə mütəxəssislərin hazırlanmasına üstünlük veriləcək. Həmin sahələr informasiya texnologiyaları, mühəndislik, neft sənayesi, tibb, riyaziyyat, fizika, biologiya, kimya, ekologiya, kənd təsərrüfatıdır. Bu sahələr seçilərkən Azərbaycanda kadrlara olan tələbat nəzərə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR