Bank Of Baku

Azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində Estoniya universitetlərində təhsil ala biləcək

Azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində Estoniya universitetlərində təhsil ala biləcək
# 23 fevral 2011 14:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində azərbaycanlı gənclərin Estoniyanın ali təhsil müəssisələrində təhsil alması üçün qeyd olunan ölkənin seçilmiş universitetlərinin də müvafiq siyahıya əlavə edilməsi üzrə iş aparılır. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu təhsil naziri Misir Mərdanov bu gün Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aivo Oravla görüşdə deyib. Nazirin sözlərinə görə, Azərbaycanla Estoniyanın Təhsil nazirlikləri arasında ötən il imzalanmış əməkdaşlıq haqqında saziş bu istiqamətdə ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş imkanlar açıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir istər universitetlərarası, istərsə də alim və tələbələrin mübadiləsinin qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini söyləyib.

Naziri birgə olimpiada və yarışların, elmi simpozium və konfransların keçirilməsini, alim və tələbələrin qarşılıqlı səfərlərinin təşkil olunması təklifini irəli sürüb.

Səfir Aivo Orav isə Estoniyanın XVII əsrdə formalaşmış mükəmməl universitet sisteminə malik olduğunu, hazırda bu ali məktəblərin informasiya texnologiyaları, mühəndislik, eləcə də tibb sahəsində kadr hazırlığı baxımından zəngin təcrübə qazandığını qeyd edib. Səfir, eyni zamanda Estoniyada informasiya texnologiyalarının təhsildə tətbiqi üzrə yüksək nəticələr əldə edildiyi nəzərə çatdıraraq bu sahədə əməkdaşlığın məqsədəuyğunluğunu önə çəkib. Səfir təhsil nazirinin iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində irəli sürdüyü təkliflərlə həmrəy olduğunu da açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR