Bank Of Baku

Səudiyyə Ərəbistanının kralı sosial ödənişləri artırır

Səudiyyə Ərəbistanının kralı sosial ödənişləri artırır
# 23 fevral 2011 14:14 (UTC +04:00)
Bakı - APA-Economics. Səudiyyə Ərəbistanının kralı Abdulla dövlət qulluqçularına, tələbələrə və digər kateqoriyalardan olan vətəndaşlara müavinətləri artıracağını vəd edib.

APA-Economics”in “Agence France-Presse”yə istinadən xəbərinə görə, Abdulla ibn Əbdül Əziz bu gün Mərakeşdən vətənə qayıdıb. Kral onurğa sütununda aparılan əməliyyatdan sonra orada reabilitasiya kursu keçib. Əməliyyat isə 2010-cu ilin noyabr ayında ABŞ-ın “New York-Presbyterian Hospital”ında aparılıb.

Üç aydan sonra ölkəsinə dönən kralın gəlişi münasibətilə paytaxt Ər-Riyadın küçə və binaları bayraqlarla və şüarlarla bəzədilib.

Qeyd edək ki, ekspertlər Yaxın Şərq ölkələrini bürüyən inqilab dalğası fonunda Səudiyyə Ərəbistanı kralının sosial ödənişləri artırmaq qərarını təsadüfi qiymətləndirmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR