Bank Of Baku

“Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil ediləcək

“Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil ediləcək
# 23 fevral 2011 15:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi fevralın 24-də Dövlət Sərhəd Xidmətində müasir rəssamların əsərlərindən ibarət “Xocalı qisasa çağırır bizi” adlı sərgi təşkil edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 25-də sərgi Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsində tarixçi alimlərin mühazirəsi və musiqili-ədəbi kompozisiya ilə müşayiət olunacaq.
Tədbirdə Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Atamoğlan Məmmədli, Dövlət İdarəçilik Akademiyasının dosenti, “Xocalı: şəhidlər və şahidlər”, “Xocalı soyqırımı”, “Qarabağ Cümhuriyyət dövründə” kitablarının müəllifi, həmçinin Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin İdarə Heyətinin üzvü, Xocalı sakini Həvva Məmmədova tarixi faktlara istinad edərək həmin hadisələrin mahiyyətini açıqlayacaq. “Sonsuz erməni vandalizminin iç üzü” kitabının müəllifi, Qarabağ uğrunda döyüşlərin iştirakçısı, ehtiyatda olan zabit Məhərrəm Zamanlı və Xocalı sakinləri həmin məşum gecədən bəhs edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR