Bank Of Baku

Şirvanda səhiyyə obyektləri əsaslı təmir edilib

Şirvanda səhiyyə obyektləri  əsaslı təmir edilib
# 23 fevral 2011 23:20 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynallı-APA. Şirvanda səhiyyə obyektləri əsaslı təmir edilib.
Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər mərkəzi Xəstəxanasının Baş həkimi Murad Salmanov məlumat verib. Baş həkimin bildirdiyinə Şirvan şəhər Mərkəzi Xəstəxanasının Urologiya, Kardiologiya, Terapiya, Travmatologiya və Reanimasiya şöbələri əsaslı təmir edilib. Şöbələr və palatalar ən müasir tibbi avadanlıqlar və diaqnostik cihazlarla təmin edilib. Bundan başqa Mərkəzi xəstəxananın ərazisində B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya institutunun Mərkəzi Qan bankının Şirvan bölməsi yaradılıb.
Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsi əsaslı təmir edilib və lazımi avadanlıqlarla təchiz edilib. Göstərilən səhiyyə şöbələri yaxın günlərdə istifadəyə veriləcək. Bu obyektlərin açılış mərasimində Səhiyyə naziri Oqtay Şirəliyev iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR