Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası Mingəçevirdə təlim keçirib - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurası Mingəçevirdə təlim keçirib - <font color=red>FOTO</font>
# 24 fevral 2011 07:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası «Mühasibat uçotu haqqında» qanuna uyğun olaraq qeyri-hökumət təşkilatlarının Maliyyə Nazirliyinə təqdim edəcəyi illik maliyyə hesabatlarının tərtibi işində kömək məqsədilə növbəti regional təlimi Mingəçevir şəhərində keçirib. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir Regional QHT-lərin Resurs və Təlim Mərkəzində təşkil olunan təlim “QHT-lərin Milli Mühasibat Uçotları Standartlarına keçidinin təşkili, Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim olunan hesabatların tərtib edilməsi” mövzusunda keçirilib. Təlimdə Mingəçevirlə yanaşı, Goranboy, Tərtər, Ağdam, Bərdə, Yevlax, Beyləqan, Zərdab, Kürdəmir, Ucar, Ağcabədi, Füzuli rayonlarının yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri və mühasibləri iştirak ediblər.

Təlimlər daha sonra Şəmkir, Şirvan və Quba şəhərlərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR