Bank Of Baku

“Azersun Holding” və “Park Bulvar”ın təşkil etdiyi rəsm müsabiqəsinə yekun vurulub

“Azersun Holding” və “Park Bulvar”ın təşkil etdiyi rəsm müsabiqəsinə yekun vurulub
# 24 fevral 2011 10:26 (UTC +04:00)
Bakı - APA-Economics. “Park Bulvar” alış-veriş mərkəzində “Kosmos və Mən” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-Economics”in xəbərinə görə, “Azersun Holding” və “Park Bulvar” alış-veriş mərkəzi tərəfindən təşkil olunan rəsm müsabiqəsinə 2010-cu ilin iyul ayında start verilib. Müsabiqəyə 70-ə qədər gənc rəssam qatılıb. Rəsm əsərləri arasında peşəkar münsiflər heyəti tərəfindən 19 rəssam qalib seçilib. Ən gənc rəssam 6 yaşında olub. Qaliblərin 26 rəsm əsəri “Park Bulvar” alış-veriş mərkəzində sərgilənir.

Tədbir “Azersun Holding”in vitse-prezidenti Tahir Gözəl tərəfindən açıq elan olunub. Rəssamlara “Park Bulvar” alış-veriş mərkəzinin 4-cü mərtəbəsində yerləşən “Tusi-Bohn Planetarium”da film nümayiş olunub. Planetarium bütün yaş təbəqələrini əhatə edir, əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır. Onun proqram təminatı səmanın istənilən yerinə istənilən anda səyahət etməyə, milyon illər ərzində baş verən prosesləri bir neçə dəqiqəyə qədər qısaldıb müşahidə etməyə, mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət, sənədli filmlər nümayiş olunur. Planetarium 60 tamaşaçı üçün nəzərdə tutulub və şou-proqramlar, Azərbaycan dilindən əlavə bir necə xarici dildə də keçirilir.

“Tusi-Bohn Planetarium”da filmin nümayişi başa çatdıqdan sonra rəsm müsabiqəsinin qalibləri əsərləri barədə məlumat veriblər. Müsabiqənin qaliblərinə dəyərli hədiyyə və sertifikatlar təqdim edən Tahir Gözəl qeyd edib ki, “Park Bulvar” alış-veriş mərkəzi fəaliyyətə başladığı gündən gənc istedadlara dəstək olub və olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR