Bank Of Baku

“Müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə layihə ilin sonuna kimi icra olunmağa başlayacaq

“Müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə layihə ilin sonuna kimi icra olunmağa başlayacaq
# 24 fevral 2011 11:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqların həyata keçirilməsi sahəsində potensialların artırılması” üzrə Tvininq Layihəsi bu ilin axırına kimi icra olunmağa başlayacaq. Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənlinin APA-ya verdiyi məlumata görə, Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən, Avropa Komissiyasının maliyyələşdirdiyi layihənin başlıca məqsədi əqli mülkiyyət hüquqları ilə qorunan məhsulların istifadəsi zamanı müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarının qarşısının alınması, piratlılıqla mübarizənin və bununla əlaqədar, əqli mülkiyyət hüquqlarının qorunması rejiminin gücləndirilməsi, həmçinin rəqəmli şəbəkələrdə hüquqların qorunması və idarə edilməsi sisteminin yaradılmasına kömək göstərilməsidir. Layihə çərçivəsində Agentliyin nəzdində fəaliyyətə başlayacaq “Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi”nin və “Online” monitorinq, lisenziyalaşdırma və hüquqların idarəçiliyi sisteminin işinə texniki yardımın göstərilməsi də nəzərdə tutulur. X. Həsənli deyib ki, iki il müddətində icra olunacaq layihə ölkədə piratçılığın səviyyəsini aşağı salmağa kömək edəcək: “2005-ci illə müqayisədə Azərbaycanda kitab nəşri sahəsində piratçılıq 60 faizdən 40 faizə, audio-video məhsullar bazarında 90 faizdən 70 faizə, proqram təminatı sahəsində 96 faizdən 88 faizə düşüb. Tvininq layihəsi həyata keçirilməyə başlayandan sonra piratçılığın səviyyəsi daha da azalacaq”.

Qeyd edək ki, layihənin həyata keçirilməsinə hazırlıq işləri bir ilə yaxındır ki, davam edir. Ötən ilin dekabrında layihənin həyata keçirilməsi üzrə Bakıda keçirilmiş tenderdə Yunanıstanın EPLO Avropa Ümumi Hüquq Təşkilatı, Almaniyanın Beynəlxalq Hüquqi Əməkdaşlıq Fondu və İspaniyanın İnzibati və Dövlət Siyasəti Beynəlxalq Fondu qalib gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR