Bank Of Baku

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək
# 24 fevral 2011 12:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Fevralın 25-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, əsasən səhər və axşam havanın yağıntılı olacağı, bəzi yerlərdə az qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Fevralın 26-da havanın buludlu, fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində yağıntının qara keçəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-5 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 25-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta proqnozlaşdırılır.

Fevralın 26-da havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteohəssas insanlarda narahatlıq hissi yaradan tutqun və soyuq diskomfortlu hava şəraitinin davam etməsinə baxmayaraq, əksər meteoroloji amillərin normal sutkalıq gedişini müsbət amil kimi qiymətləndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR