Bank Of Baku

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
# 24 fevral 2011 12:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Xocalı soyqırımı barədə dəhşətli həqiqətləri bir daha tədbir iştirakçıların nəzərinə çatdırıb.
Xocalı soyqırımı haqqında muzeyin direktor müavini Təranə Qurbanova da danışıb. Sonra “Günay” Uşaq Teatrının ifasında bu faciəyə həsr olunmuş tamaşa göstərilib.
Tədbirdə bəstəkar, Azərbaycanın xalq artisti Nəriman Məmmədov Xocalı soyqırımına həsr etdiyi əsərdən söz açıb.
Tədbirin qonaqları sırasında Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kursantları, Bakı Musiqi Kollecinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Bakı muzeylərinin əməkdaşları, mətbuat, televiziya nümayəndələri və başqaları da olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR