Bank Of Baku

Azərbaycanda hemofiliyalı xəstələrə dərmanların verilməsi proseduru asanlaşdırılacaq

Azərbaycanda hemofiliyalı xəstələrə dərmanların verilməsi proseduru asanlaşdırılacaq
# 24 fevral 2011 13:03 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Səhiyyə Nazirliyi (SN) Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hemofiliya Təşkilatının tövsiyəsi ilə ölkədəki hemofiliyalı xəstələrə dərmanların verilməsi prosedurunu asanlaşdırır. Azərbaycan Hemofiliya Assosiasiyasının prezidenti Gülnarə Hüseynova APA-ya bildirib ki, hazırda dərman almaq üçün Azərbaycandakı bütün xəstələr akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gəlmək məcburiyyətindədirlər. Bu ildən başlayaraq isə artıq regionda yaşayan hemofiliyalı xəstələrin dərman almaq üçün Bakıya gəlməsinə ehtiyac qalmayacaq. Onlara dərmanın elə rayonlarda verilməsi nəzərdə tutulur. Bu məqsədlə artıq nazirlik nəzdində rayon mərkəzi xəstəxanalarında rayonlararası hemofiliyalı xəstələrə tibbi yardım üçün kabinetlər təşkil olunur. Belə kabinet səkkiz rayonda yaradılacaq.

G. Hüseynova deyib ki, bu kabinetlər tərəfindən regionlarda yaşayan bütün hemofiliyalı xəstələrin elektron məlumat bankı da yaradılacaq. Banka daxil olan bütün xəstələr dərmanlarla pulsuz təmin ediləcək.

Assosiasiya prezidentinin sözlərinə görə, bu yeniliyin icrasına apreldən başlanacaq. Bu kabinetlərin fəaliyyəti hemofiliyalı insanlarda xəstəliyin fəsadlarını azaltmaqla yanaşı, dərman israfçılığının da qarşısını alacaq.

G. Hüseynova onu da əlavə edib ki, hemofiliyalı xəstələri onlar üçün yaradılan dövlət reyestrinə cəlb etmək, eyni zamanda yuxarıda qeyd edilən yenilik barədə məlumatlandırmaq məqsədi ilə rolik çəkilir. Rolikin ölkənin müxtəlif kanallarında nümayişi nəzərdə tutulur.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Praktik Hemofiliya Mərkəzinin qeydiyyatında 1300-ə yaxın hemofiliyalı xəstə var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR