Bank Of Baku

Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı Dövlət Proqramı hazırlanıb

Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı Dövlət Proqramı hazırlanıb
# 24 fevral 2011 13:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda müəllif hüquqları və əlaqəli hüquqlarla bağlı Dövlət Proqramı hazırlanıb. Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) hüquq şöbəsinin müdiri Xudayat Həsənli bildirib. Onun sözlərinə görə, 2011-2014-cü illəri əhatə edən Dövlət Proqramı “Müəllif hüquqları, əlaqəli hüquqlar və digər ona oxşar əqli mülkiyyət hüquqları üzrə Milli Strategiya”ya əsasən hazırlanıb. Dövlət Proqramı hazırda Azərbaycan Nazirlər Kabinetində (HK) müzakirə olunur və yaxın vaxtlarda onun qəbul ediləcəyi gözlənilir.

Dövlət Proqramı çərçivəsində MHA-da “Əqli mülkiyyət hüquqlarının təminatı Mərkəzi” və “Rəqəmli şəbəkələrdə hüquqların idarə olunması sistemi” yaradılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR