Bank Of Baku

Azərbaycanda fənn olimpiadalarının yekun turu martın 17-18-də keçiriləcək

Azərbaycanda fənn olimpiadalarının yekun turu martın 17-18-də keçiriləcək
# 24 fevral 2011 13:58 (UTC +04:00)
Bakı. İsabalayeva-APA. Azərbaycanın orta məktəb şagirdləri üçün keçirilmiş fənn olimpiadalarının yekun turu martın 17-18-də Bakıda olacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi fənləri üzrə olimpiada nazirlik nəzdindəki Pişəvəri adına humanitar fənlər gimnaziyasında, riyaziyyat, fizika və informatika fənləri üzrə olimpiada fizika-riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə olimpiada kimya-biologiya təmayüllü liseydə keçiriləcək.

Olimpiadaların yekun turu Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya fənlərindən iştirakçıların yerləşdiyi müəssisələrdə, informatika fənnindən isə Bakı Dövlət Universitetində martın 18-də olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR