Bank Of Baku

TQDK Şəki şəhərində zona müşavirəsi keçirib

TQDK Şəki şəhərində zona müşavirəsi keçirib
# 24 fevral 2011 14:52 (UTC +04:00)
Şəki. Vüqar Heydərov - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Şəki şəhərində zona müşavirəsi keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki şəhər İcra Hakimiyyəti aparatından məlumat verilib. 2010/2011-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsində TQDK sədri Məleykə Abbaszadə, komissiya əməkdaşları, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Ağsu, Ağdaş, Zərdab və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri və qeyd olunan rayonlarının məktəb direktorları iştirak ediblər.
M. Abbaszadə tədbirdə 2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair məruzə ilə çıxış edib, müşavirədə iştirak edən rayonların 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələri barədə məlumat verib. Daha sonra TQDK sədri müşavirə iştirakçılarının suallarını cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR