Bank Of Baku

Xalça Muzeyində “Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi təşkil olunub - FOTO

Xalça Muzeyində “Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi təşkil olunub - <font color=red>FOTO</font>
# 24 fevral 2011 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Humay” Milli mükafatçısı, Azərbaycan Rəssamlar İttifaqının, eləcə də Reklamçılar İttifaqının üzvü Rauf Əbdülhüseyn oğlunun və onun davamçısı, oğlu Əbdülhüseyn Rauf oğlunun Xocalı sıyqrımına həsr olunmuş “Xocalı fəryadı” adlı yaradıcılıq sərgisi təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva 1992-ci ilin 26 fevralında törədilmiş Xocalı soyqırımnın təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğunu diqqətə çatdırıb. O bildirib ki, sərginin keçirilməsində məqsəd məhz bu faciənin qurbanlarını yad etməkdir: “Hər bir xalq öz sevinc və kədərini, ağrı-acısını müəyyən vasitələrlə şeirlə, rəsmlə, filmlə və digər vasitələrlə dilə gətirir, dünyaya çatdırır və tarixdə yaşadır. Azərbaycanda da bu faciəyə şeirlər qoşuldu, hekayələr yazıldı, filmlər çəkildi dünyaya çatdırıldı. Bu günki sərgidə biz həmin faciəyəyə bir daha sənət və sənətkar gözü ilə, hissi ilə baxacağıq”.

Sərgidə ata və oğulun “Son ümid”, “Perik düşənlər”, “Qarabağın dağıdılmış məzarları”, “Bizə qaçqın deməyin”, “Qanlı Xocalının şahidi”, “Xocalıların göyü yaran naləsi” adlı əsərləri nümayişə çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR