Bank Of Baku

Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib – FOTO

Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib – <font color=red>FOTO </font>
# 24 fevral 2011 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım mərasimində çıxış edən Heydər Əliyev Sarayının direktoru Fərhad Babayev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu deyib. Direktor deyib ki, Ermənistan beynəlxalq hüquq normalarına zidd olaraq, Dağlıq Qarabağı özünə birləşdirmək istəyindən əl çəkməyib, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirib: “Bu gün 19-cu ildönümünü qeyd etdiyimiz XX əsrin faciəsi olan Xocalı soyqırımı məhz bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Cinayət isə cəzasız qalmamalıdır. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər”.

Tədbirin davamında Xocalı faciəsi ilə bağlı çəkilmiş sənədli film nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR