Bank Of Baku

Lənkəranda “Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına başlanıb - FOTO

Lənkəranda  “Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına başlanıb - <font color=red>FOTO</font>
# 25 fevral 2011 07:14 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “Xocalı soyqırımına biganə qalmayın!” elektron-poçt kampaniyasına başlanıb. APA-nın cənub bürosunun məlumatına görə, aksiyanın əsas məqsədi Xocalı soyqırımı həqiqətlərini bütün dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Rayonun və şəhərin orta ixtisas və ümumtəhsil məktəblərinin, Lənkəran Dövlət Universitetinin minlərlə şagird və tələbəsi ilk gündən aksiyaya fəal qoşularaq dünyanın bütün humanitar təşkilatlarının, səfirliklərinin, ABŞ konqresmenlərinin ünvanına internet vasitəsilə məktublar göndəriblər. Lənkəran şəhər Gənclər və İdman İdarəsindən bildirilib ki, aksiya fevralın 27-nə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR