Bank Of Baku

BƏƏ-nin nüfuzlu “Al-Bayan” qəzetində Xocalı soyqırımına dair məqalə dərc edilib

BƏƏ-nin nüfuzlu “Al-Bayan” qəzetində Xocalı soyqırımına dair  məqalə dərc edilib
# 25 fevral 2011 07:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu “Al-Bayan” qəzetinin 23 fevral tarixli sayında Xocalı soyqırımına həsr olunan məqalə dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, “Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalədə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə BƏƏ-dəki Azərbaycan diasporunun Türkiyə, ərəb və digər millətlərin icmalarının iştirakı ilə keçirdiyi simpoziumdan bəhs olunur.

Məqalədə ermənilərin rus ordusunun 366-cı alayının dəstəyi və iştirakı ilə Xocalıda soyqırımı törətdikləri və bunun nəticəsində 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin isə əsir götürüldüyü qeyd olunur.

Qəzet BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun tədbir zamanı Xocalı və erməni işğalı altında olan digər Azərbaycan torpaqlarının sakinlərinin hazırda qaçqın vəziyyətinə düşdükləri və ölkənin 48-ə yaxın müxtəlif şəhər və rayonlarında məskunlaşdıqları barədə söylədiyini yazır. “Qaçqınlar artıq uzun müddətdir gözləyirlər ki, Dağlıq Qarabağ problemi tezliklə və ədalətli həllini tapacaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə və apardığı müharibəyə son qoyulacaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunacaqdır”, - deyə “Al-Bayan” qəzeti yazır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR