Bank Of Baku

Gənclər və İdman Nazirliyində korrupsiya ilə mübarizəyə həsr olunmuş kollegiya iclası keçirilib

Gənclər və İdman Nazirliyində korrupsiya ilə mübarizəyə həsr olunmuş kollegiya iclası keçirilib
# 25 fevral 2011 08:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Gənclər və İdman Nazirliyində (GİN) korrupsiya ilə mübarizəyə həsr olunmuş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, rəhbərli etdiyi qurum həmişə korrupsiya və rüşvətxorluq kimi neqativ halların təzahürünə qarşı mübarizə aparıb, mütəmadi olaraq bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirib.
“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı (2007-2011-ci illər)” ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə nazirlik aparatının 7 nəfər işçisindən ibarət İşçi Qrupu yaradılıb. Nazir deyib ki, korrupsiya hüquqpozmalarının qeydə alınması və araşdırılması məqsədi ilə GİN-də “qaynar xətt” yaradılıb. Ötən müddət ərzində “qaynar xətt”ə bu məsələ ilə əlaqədar əsaslı məlumatlar daxil olmayıb.
Nazirliyin 2011-ci il üçün tədbirlər planına uyğun olaraq dövlət qulluğunda etik davranış qaydalarına ciddi riayət olunması və antikorrupsiya mədəniyyətinin artırılması istiqamətində mart-aprel və oktyabr-noyabr aylarında “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara görə məsuliyyət” mövzusunda zona seminar müşavirələrinin davam etdirilməsi nəzərdə tutulub.

A. Rəhimovun sözlərinə görə, nazirliyin nəzdində fəaliyyət göstərən idman məktəblərində, tədris müəssisələrində korrupsiya hallarının təzahürünə qarşı ciddi əməli tədbirlər həyata keçirilib: “Nazirliyin nəzdində 30 idman məktəbi fəaliyyət göstərir. Bunlardan 7-si Bakı şəhərində , 23-ü isə respublikanın digər şəhər və rayonlarında yerləşir. Yoxlamalar zamanı bəzi idman məktəblərinin fəaliyyətində bir sıra nöqsanlar üzə çıxıb. Belə ki, həmin məktəblərdə bir sıra idman növü üzrə bölmələrin qruplarının Uşaq-Gənclər İdman Məktəbləri və İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəblərinin Nümunəvi Əsasnaməsinin tələblərinə uyğun olmadığı aşkar olub”.

A. Rəhimov deyib ki, ötən il GİN-ə cəmi 691 müraciət, yəni 526 ərizə, 140 şikayət və 25 təklif daxil olub: “Tabeliyindən asılı olmayaraq respublikada fəaliyyət göstərən bütün Olimpiya idman komplekslərinin fəaliyyətlərinin səmərəli qurulması, müvafiq sənədləşmə işlərinin aparılması, iş mexanizminin yaradılması, rüşvətxorluq və korrupsiya hallarının təzahürünə qarşı nəzarət işinin gücləndirilməsi, Olimpiya idman növləri üzrə fəaliyyət göstərən seksiyalarda xidmətlərin pulsuz olması ilə bağlı onların rəhbərləri nazirliyə dəvət olunub, onlara müvafiq göstərişlər və tövsiyələr verilib. Respublika Velotreki, Olimpiya növləri üzrə milli komandalar təlim-məşq mərkəzi, İdman Tennis Kompleksi, Respublika İdman Tibb Mərkəzi və Tibbi-bədən tərbiyəsi dispanserlərində və s. qurumlarda mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində də görüləcək işlərimiz çoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR