Bank Of Baku

Kür çayının aşağı axınında suyun səviyyəsi artır

Kür çayının aşağı axınında suyun səviyyəsi artır
# 25 fevral 2011 08:22 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Hazırda Azərbaycan ərazisində ən yüksək sululuq Böyük Qafqazın Balakən-Şəki bölgəsi çaylarında müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Balakən-Şəki bölgəsi çaylarında müşahidə edilən sululuq ongünlük normanın 235-265, Kiçik Qafqaz çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında 80-170, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 80-90 faizini təşkil edir.

Kür çayının Qıraq Kəsəmən məntəqəsində su sərfi saniyədə 155 kub metr, yəni ongünlük normanın 80 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi saniyədə 74 kub metr, yəni ongünlük normanın 97 faizini təşkil edir.

Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunmaqdadır. Belə ki, fevral ayının 15-dən bu günə kimi Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsində 29, Zərdabda 63, Surrada 65, Şirvanda 60, Salyanda 71, Bankədə 30, Araz çayının Novruzlu məntəqəsində isə 62 sm artım müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun hazırkı səviyyəsi 602 sm (2010-cu ilin 21 mayında maksimal səviyyə 955 sm), Şirvanda 488 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 853 sm), Bankədə 337 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 503 sm), Salyanda 442 sm (2010-cu ilin 18 mayında maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 325 sm (2010-cu ilin 21 mayında maksimal səviyyə 734 sm) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR