Bank Of Baku

Rusiyanın Miqrasiya və Regional İnkişaf nazirliklərinin nümayəndələri Azərbaycana səfərə gələcək

Rusiyanın Miqrasiya və Regional İnkişaf nazirliklərinin nümayəndələri  Azərbaycana səfərə gələcək
# 25 fevral 2011 08:33 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Rusiyanın Miqrasiya və Regional İnkişaf nazirliklərinin nümayəndələrinin Azərbaycana səfəri gözlənilir. Dağıstan Respublikası Milli Siyasət, İnformasiya və Xarici Əlaqələr Nazirliyindən APA-nın şimal bürosuna verilən məlumata görə, səfər martın 3-də baş tutacaq. Səfər zamanı Xaçmaz rayonunun Xıraxoba və Üryanoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının vətəndaşlıq, əmlak və digər problemləri ilə bağlı məsələlər müzakirə olunacaq. Danışıqlara Dağıstanın hökumət nümayəndələrinin də qatılacağı gözlənilir. Nümayəndə heyətinin Xaçmaz rayonunun adı çəkilən kəndlərinə səfəri də planlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR