Bank Of Baku

Yaponiyanın Azərbaycandakı səfiri Zaqatalaya gedib

Yaponiyanın Azərbaycandakı səfiri Zaqatalaya gedib
# 25 fevral 2011 08:39 (UTC +04:00)
Zaqatala. Vüqar Heydərov - APA. Yaponiyanın Azərbaycandakı səfiri Şusiko Vatanabe Zaqatala rayonuna səfər edib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon İcra Hakimiyyətindən məlumat verilib. Səfir və onu müşayiət edən nümayəndə heyəti öncə rayonla tanış olub. Səfir Zaqatala rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” yardım proqramı çərçivəsində “Zaqatalada tullantıların idarə olunması sisteminin yaxşılaşdırılması” layihəsinin həyata keçirilməsi məqsədi ilə qrant sazişinin imzalanması mərasiminə qatılıb. Mərasimdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, “İcma inkişafı üzrə araşdırmalar, təlim və resurs mərkəzi”nin icraçı direktoru Yasin Dadaşov və müvafiq təşkilat nümayəndələri iştirak edib. Qrant yardımının ümumi məbləği 101975 ABŞ dollarıdır.
Qeyd edək ki, bu, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” yardım proqramı çərçivəsində Zaqatalada həyata keçirdiyi sayca üçüncü layihədir.
Yaponiya hökumətinin dəstəyi ilə rayonun Göyəm kəndində 200 yerlik məktəb korpusu və Faldar kəndində tibb məntəqəsi tikib istifadəyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR