Bank Of Baku

Gəncədə şəhərdaxili nəqliyyat vasitələrində əhaliyə xidmət səviyyəsinin yoxlanması məqsədilə reydlər keçirilib

Gəncədə şəhərdaxili nəqliyyat vasitələrində əhaliyə xidmət səviyyəsinin yoxlanması məqsədilə reydlər keçirilib
# 25 fevral 2011 09:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Hazırda Gəncədə 1000-dən artıq taksi fəaliyyət göstərir ki, bunlardan da 400-ə yaxını sadələşdirilmiş vergiyə cəlb olunub. Bu barədə APA-ya 1 saylı Regional Nəqliyyat Departamentinin Taksi daşımaları şöbəsinin rəisi Könül İbrahimov verib. Onun sözlərinə görə, 1 saylı Regional Nəqliyyat Departamenti və Dövlət Yol Polisi əməkdaşları ilə birgə keçirdiyi reyd nəticəsində şəhərdaxili iri tutumlu nəqliyyat vasitələrində əhaliyə göstərilən xidmət səviyyəsi ilə yanaşı, həmin nəqliyyat vasitələrinin texniki vəziyyəti də yoxlanılıb. Reydlər zamanı müəyyən olunub ki, bəzi sürücülər axşam vaxtı Gəncə avtovağzalının ətrafına yığılaraq qeyri-qanuni sərnişin daşıma ilə məşğul olurlar. Reyd zamanı qadağan olunmuş yerlərdə, dayanacaqlarda qanunsuz fəaliyyət göstərən taksilərə qarşı da ciddi addımlar atılıb. Departament əməkdaşları fərqlənmə nişanı olmadan vergidən yayınaraq sərnişindaşıma ilə məşğul olan sürücüləri aşkar edərək inzibatı məsuliyyətə cəlb ediblər.
Qeyd edək ki, Gəncədə taksilərin dayanması və xidmət göstərməsi üçün 19 rəsmi dayanacaq müəyyənləşdirilib. Belə dayanacaqların sayının 30-a çatdırılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR