Bank Of Baku

Həkimlər üçün stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanın nəticələri açıqlanıb

Həkimlər üçün stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilən imtahanın nəticələri açıqlanıb
# 25 fevral 2011 09:43 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan stomatologiya və neyrocərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 118 həkim iştirak edib.

İmtahanın şərtlərinə görə, 3 saat ərzində verilmiş 100 sualdan ən azı 60 suala düzgün cavab verən həkimlər müsahibədə iştirak edə bilərlər. İmtahan nəticələri nazirliyin rəsmi internet saytında yerləşdirilib.

Qeyd edək ki, növbəti imtahanlar martın 2-də mama-ginekologiya və pediatriya ixtisasları üzrə olacaq. Həkimlərin sertifikasiya prosesinə bu ilin yanvar ayından başlanılıb. Artıq nazirlik 161 mütəxəssisə sertifikatlar təqdim edib. Bu sertifikat tibb işçilərinə yaxın 5 il ərzində praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR