Bank Of Baku

Azərbaycanın təhsil naziri "Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" qərarın icrası barədə əmr imzalayıb

Azərbaycanın təhsil naziri "Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" qərarın icrası barədə əmr imzalayıb
# 25 fevral 2011 10:23 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov "Dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi haqqında" Nazirlər Kabinetinin (NK) bu il fevralın 2-də verdiyi qərarının elan olunması və icrası barədə əmr verib. Nazirlikdən APA-ya verilən məlumatda bildirilir ki, NK qeyd edilən qərarı Azərbaycanın ali təhsil müəssisələrində, elmi idarə və təşkilatlarında elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinə opponentliyə görə əməyin ödənilməsi ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə imzalayıb.
Həmin qərara görə, elmi dərəcə almaq üçün müdafiə olunan dissertasiya işlərinin rəsmi opponentlərinə bir necə həcmdə saat normaları müəyyən edilib. Belə ki, elmlər doktoru elmi dərəcəsi üzrə norma 40, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 20 saatdır.
Rəsmi opponentlərin əməyinin saathesabı ödənilməsi məbləğləri "Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında" NK-nın 2000-ci ildə verdiyi qərara uyğun olaraq, ali məktəb tələbələri ilə tədris məşğələləri aparan şəxslər üçün nəzərdə tutulmuş məbləğlərdə müəyyənləşdirilir.
Dissertasiya işləri üzrə opponentliyə görə saathesabı ödəniş haqları həmin şəxslərin çalışdıqları müəssisə, idarə və təşkilatların xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR