Bank Of Baku

Peşə məktəblərinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsi keçiriləcək

Peşə məktəblərinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsi keçiriləcək
# 25 fevral 2011 12:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycanın təhsil naziri Misir Mərdanov ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqənin məqsədi ilk peşə-ixtisas təhsili müəssisələri şagirdlərinin ifa mədəniyyətlərini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işləri daha da yaxşılaşdırmaq, xüsusi istedada malik gəncləri üzə çıxarmaqdır. Müsabiqə Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR