Bank Of Baku

BDU-da Xocalı tədbiri keçirilib

BDU-da Xocalı tədbiri keçirilib
# 25 fevral 2011 12:06 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 19-cu ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bildirib ki, Azərbaycan gəncləri tarixin bu mərhələsini diqqətlə öyrənməli və ibrət çıxartmalıdır. Rektor deyib ki, beynəlxalq təşkilatlar baş verənlərə ikili standartla yanaşırlar və xristian təəssübkeşliyindən çıxış edirlər. O, Xocalı faciəsinin baş verməsində həmin dövrdə Azərbaycana rəhbərlik etmiş şəxsləri də suçlayıb.

Tədbir BDU-nun tələbələrinin və universitetin nəzdində fəaliyyət göstərən liseyin şagirdlərinin ifasında Xocalıya həsr olunmuş poeziya nümunələri ilə davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR