Bank Of Baku

“Aztelekom” İstehsalat Birliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - FOTO

“Aztelekom” İstehsalat Birliyində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 25 fevral 2011 12:16 (UTC +04:00)
Bakı-APA. Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyində Xocalı rabitəçilərinin iştirakı ilə anım mərasimi keçirilib. Naziriyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mərasimdə çıxış edərək Heydər Əliyevin təkidi və təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə Xojalı faciəsinin soyqırımı kimi qiymətləndirildiyini vurğulayıb, prezident İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətini qeyd edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri Vidadi Zeynalov faciənin 19-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işlərinin görüldüyünü bildirib, “Xocalıya ədalət” şüarı ilə silsilə tədbirlərin keçirildiyini, bu cür tədbirlərin dünyanın bütün böyük şəhərlərində təşkil olunduğunu və geniş təbliğat kompaniyasının aparıldığını qeyd edib.

Mərasimdə çıxış edən Xocalı rabitəçiləri baş vermiş dəhşətli olaylar barədə danışıb, onlara mənəvi dəstək olanlara təşəkkür edərək, xocalılara xüsusi qayğı ilə yanaşan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.

Mərasimin sonunda nazir Əli Abbasov Xocalıdan olan rabitə işçiləri ilə səmimi söhbət edib, onların sosial problemləri ilə maraqlanıb, xocalılara yaxından köməklik göstərilməsi üçün müvafiq tapşırıqlar verib.

Tədbirin sonunda Xocalı rabitəçilərinə maddi yardım verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR