Bank Of Baku

Milli Kitabxanada “Xocalı – şəhid şəhər” adlı kitab sərgisinin açılışı keçirilib

Milli Kitabxanada “Xocalı – şəhid şəhər” adlı kitab sərgisinin açılışı keçirilib
# 25 fevral 2011 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 19-cu ildönümü münasibəti ilə “Xocalı – şəhid şəhər” adlı kitab sərgisinin açılışı, həmçinin “Soyqırım cinayəti” və “Xocalı soyqırımı” kitablarının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbir Milli Kitabxananın hazırladığı “Xocalı” adlı elektron məlumat bazasının təqdimatı ilə başlayıb. Bu məlumat bazasına “Soyqırım”, “Xocalı rayonu”, “Kitablar”, “Ermənilərin etirafı” kimi bölmələr yerləşdirilib ki, artıq neçə gündür ki, dünya oxucuları bu bazadn istifadə edirlər.

Daha sonra kitabxananın direktoru Kərim Tahirov bildirib ki, bu gün təqdim olunan “Xocalı soyqırımı” kitabçası gənclərin və xarici qonaqların bu barədə məlumatlandırılması məqsədi ilə tərtib olunub: “Bu məlumat kitabçası Qarabağ döyüşlərində erməni təcavüzkarlarına qarşı vuruşan, ermənilərin azərbaycanlılara qarşı törətdikləri faciələri gözləri ilə görən polkovnik Sadir Məmmədov tərəfindən qələmə alınıb. Dünya ictimaiyyətinə müraciətlə başlanan bu nəşrdə Xocalının erməni faşistləri tərəfindən yerlə yeksan edilməsindən, dinc əhalinin rəylərindən bəhs olunur. Eyni zamanda kitabçada vəhşicəsinə qətlə yetirilən insanların fotoşəkilləri də verilib”.

Mədəniyyət və turizm nazirlinin I müavini Vaqif Əliyev bu faciənin Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biri olduğunu diqqətə çatdırb. Nazir müavini, həmçinin çıxışında Xocalı genosidinin heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcəyini qeyd edib.

Tədbir iştirakçılarının Milli Kitabxananın hazırladığı 200-dən artıq kitab, jurnal və qəzet materiallarından ibarət “Xocalı – şəhid şəhər” sərgisi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR