Bank Of Baku

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Lənkəranda regional konfrans keçirib

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Lənkəranda regional konfrans keçirib
# 25 fevral 2011 14:30 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GTZ) Azərbaycan İqtisadi İnkişaf Nazirliyi (İİN) ilə birlikdə Lənkəran şəhərində regional konfrans keçirib. APA-nın yerli bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarından 50-dək sahibkarın qatıldığı tədbir GTZ təşkilatı tərəfindən Cənub bölgəsində 2006-cı ildən həyata keçirilən “Özəl sektorun inkişafı proqramı"nın yekunlarına həsr olunub. Proqramın baş meneceri Marc Beckmann və Lənkəran regionu üzrə rəhbəri Kaethe Brakhan çıxışlarında GTZ-nin İİN ilə ötən müddətdə regionda həyata keçirdiyi layihələr barədə söz açıblar. Bu çıxışlarda regionda mebel, turizm və çay sektorlarında biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə məsləhət xidmətlərinin göstərildiyi, sahibkarlar üçün səfərlərin təşkil edildiyi, təcrübəli ekspertlərin bölgəyə dəvət edildiyi və assosiasiyaların yaradılmasına dəstək verildiyi xüsusi vurğulanıb.
Tədbir zamanı həmçinin cənub bölgəsinin regional loqotipinin təqdimatı keçirilib. Qeyd olunub ki, bu loqotip bölgənin 6 rayonunun icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupunun birgə iştirakı ilə tərtib olunub və sonradan peşəkar dizayner tərəfindən işlənilərək hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR